Yay tətilini necə səmərəli keçirmək olar? Uşaqlar üçün sadə gəlişdirən oyunlar

Fotoalbom düzəlt
Səyahət zamanı ətrafında olan hər şeyin şəklini çək, hətta uşağı da buna təşviq et. Ən yaxşı şəkilləri müvafiq alboma əlavə et. Şəkillərin üzərində tematik qeydlər apar, şəkil barəsində xaitərlərini və təəsüratlarını yaz. Məsələn, heyvanxanada olubsansa, gördüyün bütün hüyvanların adlarını və onlar barəsində maraqlı faktları yadına sal.
Kolleksiya et
Həyətdə bir çox maraqlı əşya tapmaq olar: qeyri-adi formaya sahib daşlar, yarpaqlar, otlar və digər təbii materiallar. Onları yığıb bir qutuya qoy.
Bunun üçün yumurta qabı əla olur. Uşaqla birlikdə tapdığın daşın və digər əşyaların adını öyrən, onları kateqoriyalar böl, qeydlər apar.

Eksperiment apar
Sadə elmi təcrübə apar. Fərqli ölçüyə malik buz parçaları düzəlt, taymeri işə sal və onların hansı müddətdə əridiyini öyrən.
Tasa su doldur, hansı əşyaların suyun üzərində duracağını, hansıların isə batacağını birlikdə öyrənin.
Bəs yaxşı kağız parçasını günəşli altında bir neçə gün saxlasan nə baş verəcək? Yayda çoxlu və sadə eksperimentlər düşünmək olar.
İxtira et
Böyük ixtiralar vacib məsələnin həlli zamanı baş verir. Yayda isə problem çoxdur: isti hava, ağcaqanadlar, yağışlar və s. Uşağa bu problemlərdən birini həll edəcək ixtiranı tapmağı təklif et. İdeya olduqca mürəkkəb və qeyri-real görünə bilər. Lakin bu problem deyil.
Birlikdə konstruksiya və onun iş mexanizmi barəsində düşünün, sonra isə modeli ya qələmə alın, ya da hazırlayın.
Bəlkə də uşağının ideyası dünyanı dəyişəcək?
Yemək hazırla
Uşaqla birlikdə hansısa yay yeməyi hazırla. Məsələn, dondurma. Hazırlama zamanı uşaq reseptləri oxuyaraq, oxuma və sayma
bacarıqlarını məşq etdirəcək və instruksiyaya dəqiqliklə riayət etməyi öyrənəcək.
Bu mütləq yeməli bir şey olmamalıdır. Məsələn, qumdan qurabiyə, quru yarpaqlardan çips və s. hazırlamaq olar.






