Piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlanıb

"Qərb mətbəxinin fast-foodlarının ölkəmizə gətirilməsi bizə xas olmayan mədə-bağırsaq xəstəliklərinin artmasına gətirib çıxarır".

Uşaqlar1 dəq oxu
Piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlanıb

Bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib.

Gent.az xəbər verir ki, onun sözlərinə görə, 2011-ci ildə ilk dəfə həzm sistemi xəstəlikləri diaqnozu qoyulan 8 yaşadək uşaqların sayı 47 769 nəfər idisə, 2021-ci ildə onların sayı 59 863 mindən çox olub:

"Bu onu göstərir ki, həzm sistemi xəstəlikləri artmağa doğru gedir. Bu da düzgün olmayan qida rasionu və düzgün olmayan qidalardan qaynaqlanır.

Eyni zamanda, 2011-ci ildə 17 yaşına qədər 357 nəfər uşağa piylənmə diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 637 nəfər olub. Qızlar arasında piylənmə 4,4 faiz, oğlanlar arasında isə 5,3 faiz təşkil edir".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan