Dırnaq yemək vərdişinin öz adı var: onikofaqiya. Bu fenomen insanların 20-30% -ni əhatə edir.
Gent.az -ın məlumatına görə, bu “adət” 3-4 yaşında yaranır və uşağı yetkinlik yaşına qədər, bəzi hallarda isə daha uzun müddət müşayiət edir.
Bəs bu vərdiş niyə yaranır?
Təəssüf ki, elm adamları bu vərdişin səbəbini hələ dəqiq müəyyən edə bilmirlər.
Bunun ailədəki problemlərlə bağlı stress səbəbiylə meydana gəldiyinə dair bir fərziyyə var. Ancaq hər tədqiqatçı bu fikirlə razılaşmır: bəziləri streslə əlaqəni inkar edir, bunun cansıxıntısı və məyusluğun nəticəsi olduğunu iddia edirlər.
Onikofaqiyanın yaranma səbəbləri ilə bağlı başqa bir fikir də mövcuddur. Araşdırmanın nəticələrinə görə, bu xoşagəlməz vərdişlə hiperaktivlik arasında əlaqə var. Hiperaktivlik pozğunluğu olan uşaqların 74%-i vaxtaşırı dırnaqlarını yeyir.
Dırnaq yemək vərdişinin DEHB əlaməti olduğunu deyə bilməsək də, başqa əlamətlər varsa, uşağınızla birlikdə psixoterapevtə baş çəkməlisiniz.
Bütün bunlardan əlaqəsiz olaraq, onikofaqiya heç bir şəkildə hər hansı pozğunluq, stress və ya qeyri-sağlam ailə mühiti ilə əlaqəli olmaya bilər - bəzən insan bu obsesif hərəkəti şüursuz şəkildə edir.