“Renault” payını milyard avrodan baha qiymətə satıb

“Renault” Almaniyanın “Daimler” avtomobil konsernindəki 1,54%-lik payını təxminən 1,143 milyard avroya satıb.

Avto1 dəq oxu
“Renault” payını milyard avrodan baha qiymətə satıb

Belə ki, 16 448 378 səhm ədədi 69,5 avrodan satılıb.

Gent.az xəbər verir ki, “Renault” ilə “Daimler” arasındakı sənaye tərəfdaşlığı dəyişməz olaraq qalır və bu maliyyə razılaşması ona təsir etməyəcək”, - şirkətdən bildiriblər.

Satışdan əldə edilən gəlir “Renault”ya avtomobil sənayesindəki fəaliyyətində borc vəsaitlərinin azaldılmasını sürətləndirməyə imkan verəcək.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan