Tezliklə bu model konveyer xəttindən çıxarılacaqdır.
Gent.az xəbər verir ki, baharın sonuna qədər köhnə Toyota Land Cruiser 200 modelini qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan yeni nəsil əvəz edəcəkdir.
Yapon dilerlərindən birinin dediyinə görə, Land Cruiser 200 modelinin əvvəlcədən ödənilmiş son nüsxələri martın sonunda istehsal olunacaq və baharın sonuna qədər Toyota yeni nəsil ofrouderlərin buraxılmasına keçəcəkdir: yeni modelə sifarişlər aprel ayında açılacaq və onun istehsalına isə may ayında başlanacaqdır.
Bununla belə, Toyota şirkət israrla növbəti Land Cruiser modelinin nə təqdimat, nə də satışa çıxma tarixini açıqlamır. Yeni məlumatlar əvvəllər BestCarWeb tərəfindən yayılmış məlumatlardan fərqlənir.
Mart ayının əvvəlində portal, təchizatçıların yeni Land Cruiser modelinin bəzi hissələrini çatdırılmasını gecikdirdiyini və bununla əlaqədar Toyota şirkətinin sifarişlərə qəbulun apreldən maya, satışların- iyul ayına, çatdırılmaların isə yayın sonuna qədər təxirə salmağa məcbur olduğunu bildirmişdi.(avtosfer.az)