Azərbaycan 2021-ci ilin yanvar-fevral ayları ərzində ölkəmiz 216 ədəd minik avtomobili istehsal edib.
Gent.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz və ya 264 ədəd azdır.
Təkcə fevral ayında isə ölkədə 120 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ayla müqayisədə 25 faiz və ya 24 ədəd çoxdur. Lakin 2020-ci ilin fevral ayının göstəricilərinə nəzərən isə 58,3 faiz və ya 168 ədəd az minik avtomobili istehsal edib.