Sözügedən modelin təqdimatı 15 mart 1961-ci ildə Cenevrə avtosalonunda keçirilib.
Gent.az xəbər verir ki, cari il Cenevrə şəhərindəki sərgisi pandemiya səbəbi ilə ləğv edildiyinə baxmayaraq, "Jaguar" belə bir əhəmiyyətli tarixi qeyd etmək qərarına gəlib.
Dekabrda müasir "Jaguar F-Type" sportkarının bayram versiyasının buraxılacağı elan edilib. E-Type modelinin zəngin həvəskarları üçün isə 12 tarixi avtomobildən ibarət dəst hazırlanıb.