"Toyota Aygo" modelinin şəkilləri yayıldı - FOTOLAR

"Toyota" şirkəti yeni Aygo modelinin müjdəçisi olan Aygo X prologue konseptinin eksteryer şəkillərini yayımlayıb.

Avto1 dəq oxu
"Toyota Aygo" modelinin şəkilləri yayıldı - FOTOLAR

Artırılmış klirens və iri təkər diskləri sayəsində prototip subkompakt krossoverə bənzəyir.

Gent.az xəbər verir ki, "Toyota Aygo X prologue" tamamilə yeni dizayna malik olub. Hetçbekin ön hissəsində, mühəndislər, seqmentləri kapota keçən vahid element şəklində hazırlanmış orijinal LED fənərləri yerləşdiriblər. Prototipin arxa hissəsində, "Volvo C30" modelini xatırladan şaquli fənərlərlə əhatə olunmuş genişləndirilmiş şüşə quraşdırılıb. "Toyota Aygo X" prologue konsepti iki rəngli kuzova malikdir. Beləliklə, alıcılar hetçbekin xarici görünüşünü fərdiləşdirə biləcəklər.

"Toyota Aygo" modelinin şəkilləri yayıldı - FOTOLAR — şəkil 1

Beşqapılı "Aygo X" prologue konseptinin əsas xüsusiyyəti artırılmış klirensi və iri təkər diskləridir. Bunun sayəsində A sinifinə aid olan hetçbek yığcam krossoverə bənzəyir. Avtomobil altıbucaqlı duman işıqlarının yerləşdirildiyi iri radiator barmaqlığına malikdir. Bundan əlavə, prototip geri çəkilə bilən velosiped rəfi və yan güzgülərə quraşdırılmış hərəkət kameraları ilə təchiz edilib. Lakin bu funksionallığın modelin seriya versiyasında tətbiq ediləcəyi hələlik məlum deyil.

"Toyota Aygo" modelinin interyerini, eləcə də yeni hetçbekin texniki xüsusiyyətlərini açıqlamayıb. Yeni "Aygo" hetçbekinin hazırda yapon markasının ən yığcam avtomobillərinin - "Yaris" və onun "Cross" versiyasının yığıldığı TNGA-B modul platformasında inşa ediləcəyi məlumdur. Toyota Aygo modelinin seriya variantının 2021-ci ilin sonuna qədər debüt edəcəyi gözlənilir.

Mart ayının əvvəlində "Toyota" şirkəti yeni şəhər avtomobilini hazırladığını təsdiqləyib. Yeni model "Aygo" hetçbekinin varisi adlandırılmışdı. Yapon markasının nümayəndələri daha sonra yeni modelin yalnız Avropa bazarında satılacağını elan etmişdilər.(autograph)

"Toyota Aygo" modelinin şəkilləri yayıldı - FOTOLAR — şəkil 2

"Toyota Aygo" modelinin şəkilləri yayıldı - FOTOLAR — şəkil 3

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan