“Mercedes-Benz” Braziliyada istehsalı dayandırdı

Almaniyanın "Mercedes-Benz" avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır.

Avto1 dəq oxu
“Mercedes-Benz” Braziliyada istehsalı dayandırdı

Bu barədə konsernin açıqlamasında deyilir.

Gent.az xəbər verir ki, açıqlamada bildirilir:

"Metalurqçılar birliyi ilə ortaq niyyətimiz, ölkə üçün bu kritik dövrdə insanların hərəkətinin azaldılmasına töhfə vermək, tədarük zəncirində hissələrin tədarükü ilə əlaqədar çətinliklərin öhdəsindən gəlmək və yerli hakimiyyət orqanlarının tətili təxirə salma qərarına əməl etməkdir".

Qeyd edilir ki, avtokonsernin Sau-Bernardu-du-Kampu və Juis-di-Fora şəhərlərindəki zavodalar martın 26-dan aprelin 5-dək bağlanır.

"Mercedes-Benz"in inzibati heyəti məsafədən işə davam edəcək.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan