Yeni nəsil "Mazda CX-5" yeni mühərriklə təchiz ediləcək

"Mazda CX-5" modelinin gələcək nəsil dəyişikliyi ətrafında cərəyan edən söz-söhbətlər səngimək bilmir.

Avto1 dəq oxu
Yeni nəsil "Mazda CX-5" yeni mühərriklə təchiz ediləcək

Növbəti nəsil "Mazda6" modelinin də alacağı yeni mühərrikin hazırlandığını bildirilir.

Gent.az xəbər verir ki, yeni "Mazda6" və "CX-50" modelləri altısilindrli mühərriki alacaqdırlar. İlkin məlumatlara görə, sıralı altısilindrli mühərrikin iş həcmi 3,0-litrə bərabər olacaqdır. Paralel olaraq, Mazda şirkəti ikinci nəsil turbodizelin üzərindəki çalışmaları davam etdirir.

Yapon jurnalistləri növbəti nəsil "Mazda CX-5" krossoverinin iki kuzov variantı ilə təklif olunacağını da iddia edirlər - standart və kupşəkilli.

Bestcarweb.jp nümayəndələri krossoverin mülayim hibrid prinsipi ilə işləyəcək 300 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyini də bildiriblər.

İlkin məlumatlara görə, "Mazda CX-50" modelinin təqdimatı 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində keçirilməlidir.(autograph)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan