150 mindən çox "Audi A3" avtomobili geri çağırılır

Alman avtomobil istehsalçısı "Volkswagen" təhlükəsizlik yastıqları ilə əlaqədar Amerika bazarından 150 mindən çox Audi A3 avtomobilini geri çağırır.

Avto1 dəq oxu
150 mindən çox "Audi A3" avtomobili geri çağırılır

Bu barədə nüfuzlu "Reuters" agentliyi xəbər verib.

Gent.az xəbər verir ki, məlumata əsasən, "Volkswagen" ABŞ Nəqliyyat Nazirliyi nəzdindəki Milli Yol Təhlükəsizliyi İdarəsinə 2015-ci ildən 2020-ci ilədək istehsal olunmuş 153 152 Audi A3 avtomobilini, o cümlədən Sedan, Etron və Cabriolet modellərini və bəzi S3 Sedan modellərini təhlükəsizlik yastıqlarında mümkün problemlər ilə əlaqədar geri çağırmasına dair müraciət edib.

Qeyd olunub ki, Alman şirkəti geri çağırılacaq avtomobil sahiblərini may 21-nə qədər məlumatlandıracaq və problemin həlli tapılan anda onlarla əlaqə saxlayacaq.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan