SOCAR-dan benzin açıqlaması
2020-ci ildə COVID-19 pandemiyası SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində görülən işlərin gecikməsinə səbəb olub.

Bununla belə istehsalat müəssisəsində yenidənqurma işləri dayandırılmayıb.
Gent.az xəbər verir ki, bu barədə SOCAR-dan verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, zavodda yeni qurğuların ardıcıl olaraq istismara verilməsi istehsal olunan benzinin keyfiyyətinin yüksəlməsinə və daha təmiz ekoloji mühitin yaranmasına təkan verəcək.(xalq.az)







