Avtomobilin əsl yürüşünü bilmək üçün 7 qayda

Yəqin ki, avtomobilin əsl yürüşünün bilməyin nə qədər vacib olduğunu deməyə ehtiyac yoxdur. Yürüş hər şeydən əvvəl avtomobilin texniki vəziyyətinin hansı vəziyyətdə olduğunu göstərir. Nə qədər çox kilometr, bir o qədər də çox problem. Əsas odometrdəki rəqəmlərdir. Göstərilən rəqəm, həm də bir növ avtomobilin bazar qiymətini göstərir. Məhz buna görə, tez-tez avtomobildə bu rəqəmlərlə "oynanıldığının" şahidi oluruq. Biz sizə, qarışıqlığa düşməməyə və vicdansız satıcıları yaxalamağınıza kömək edəcəyik.
Qayda 1. Odometrə inanmayın
Bundan başlamaq olar. Doktor Xausun dediyi kimi, odometrdəki rəqəmlər adətən aldadır. Hər hansı bir mexanik üçün odometrdəki rəqəmləri düzəltmək çox asandır.
Buna görə göstərilən rəqəmə aldanmırıq və dolayı yolla bir hiylə axtarırıq.
Qayda 2. Sənədləri öyrənin
Nadir hallarda, avtomobil il ərzində 15-20.000-dən aşağı sürülür. Sonrası isə sadə riyaziyyatdır. Əgər elanda 10 illik bir maşının yürüşü 77.000 km qeyd olunubsa, böyük ehtimalla bu yalandır.
Avtomobilin əsl yürüşü haqqında adətən özünün kitabçaları mövcud olmalıdır, lakin biz buna çox vaxt rast gəlmirik. Başa düşdünüz nəyə görə?
Qayda 3. Şüşə üzərindən oxuyun
Şüşə, xüsusilə də ön şüşə, bükülmüş odometr verə bilər. Şüşə silən üzərində olan mendillər 100.000 km-dən yuxarı yürüş olduqda göstərir. Bəs reklamda nə qədər qeyd olunub?
Bir çox cızıq da avtomobilin çox yürüşündən xəbər verir. Həmçinin dəyişdirilmiş bir şüşə (dəyişdirilmə ili həmişə küncdəki işarədə göstərilir) satıcıdan dəyişdirilmə ilini soruşmaq üçün bir səbəb verir.
Qayda 4. Təkərləri yoxlayın
Zavoddan çıxan avtomobil adətən özündən bir əvvəl istehsal olunan təkərlərlə işləyir. 3-4 illik bir avtomobilin üzərində birdən-birə yeni təkərlər görünürsə deməli burda nəsə səhvdir. Hər ehtimala təkərin istehsal ilinə baxa bilərsiniz. Bu daim yan tərəfdə göstərilir.

Qayda 5. Kuzani araşdır
Saralmış fənərlər, palçıqlı xrom qəliblər və pəncərə kənarın açıq şəkildə göstərir ki, göstərilən 60.000 km düzgün deyil. Bu yürüşün ən azı 150.000 km olduğunu göstərir.
Qayda 6. Salona bax
Burda çox şey konkret modeldən asılıdır. Məsələn, Mercedes və BMW-dəki yüksək keyfiyyətli həqiqi dəri 300.000 km yürüşə belə davamlı olur.
Bununla bərabər, sükan çarxının və sürət qutusunun düyməsinin soyulması, qol dayağındakı cızıqlar yürüşün, 100.000 km üzərində olduğunu göstərir. Rezin pedal yastıqları keçəlləsməyə doğru gedirsə, yaxşı olar ki, maşını almaqdan imtina edəsiniz.
Qayda 7. Ekspert tapın
Yaxşı bir ekspertlə cəmi 10 dəqiqə ərzində sizə lazım olan məlumatları öyrənə bilərsiniz. Bəzi satıcılar bilir ki, düzəldilmiş yürüş barədə məlumat mühərrik idarəetmə sistemində qeyd olunur.







