"Audi" "Q4 e-tron" modelinin istehsalına başladı - FOTOLAR

"Audi" şirkəti dördüncü elektrik krossoveri olan "Q4 e-tron" modelinin istehsalına başlayıb.

Avto1 dəq oxu
"Audi" "Q4 e-tron" modelinin istehsalına başladı - FOTOLAR

Bundan başqa, alman istehsalçısı yeni yığcam elektrik krossoverinin təqdimat tarixini də açıqlayıb – 14 aprel.

Gent.az xəbər verir ki, məlum məsələdir ki, elektrik krossoverinin təqdimatı onlyan formatda keçiriləcəkdir. Dərc olunmuş tizerdən də göründüyü kimi, elektrokar iki kuzov variantı ilə debüt edəcəkdir.

"Audi" "Q4 e-tron" modelinin istehsalına başladı - FOTOLAR — şəkil 1

Audi Q4 e-tron krossoverinin əsasını Volkswagen ID.4 və Skoda Enyaq iV modellərinin də inşa olunduğu MEB platforması təşkil edir. Audi şirkəti premium elektromobilin sinifdəki ən tutumlu avtomobillərdən biri olacağını vəd edir.

Məsələn, Q4 e-tron modelinin baqaj bölümünün həcmi arxa oturacaqların mövqeyindən asılı olaraq 520 ilə 1490 litr arasında dəyişir, salonda isə, ümumi həcmi 24,8 litr olan bir neçə saxlanc bölməsi var. Qapılarda litrlik şüşələr üçün yuvalar nəzərdə tutulub.

"Audi" "Q4 e-tron" modelinin istehsalına başladı - FOTOLAR — şəkil 2

Ancaq əsas yenilik tamamlanmış reallığa sahib olan iri proyeksiya ekrandır - displeyin ölçüsü təxminən 70 düym olacaqdır. Sürücü məlumatı avtomobilin qarşısında üç və 10 metrlik məsafədə görür: naviqasiya təlimatları və sürət ön planda, öndəki nəqliyyat vasitəsi ilə əlaqəli məlumatlar isə uzaqda göstərilir.(autograph)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan