Porsche əlçatan qiymətdə elektrik superkarın satışına başlayır

Avto1 dəq oxu
Porsche əlçatan qiymətdə elektrik superkarın satışına başlayır

Hal-hazırda elektrokar tərəfdarları və onlara qarşı olanların mübahisələri vaxtı ilə Nokia və iPhone tərəfdarlarının “holivorlarına” bənzəyir.

O zaman, Nokia tərəfdarları iddia edirdilər ki, düyməzsiz telefonlar heç kimə lazım olmayacaq. Lakin onların düşündüyünün əksi oldu.

Porsche əlçatan qiymətdə elektrik superkarın satışına başlayır — şəkil 1

Hal-hazırda elektrokarlar alıcıları öz baha qiymətləri ilə çəkindirir. Amma bu da yavaş-yavaş dəyişir. Avtomobil bazarında get-gedə daha ucuz elektrokarlar peyda olur.

Porsche əlçatan qiymətdə elektrik superkarın satışına başlayır — şəkil 2

Porsche-nin istehsal etdiyi ilk elektrokar olan Taycan Turbo S modeli öz göstəriciləri və dizaynı ilə hamını valeh etmişdi. 761 at gücü sürücüyə yeni dünyaya yol açır. Təsəvvür edin, avtomobil 2,8 saniyəyə 100 km/saat sürət yığa bilir. Amma bahalı qiyməti yenə də alıcıları məyus etmişdi.

Porsche əlçatan qiymətdə elektrik superkarın satışına başlayır — şəkil 3

Lakin istehlakçıların tələblərini və imkanlarını nəzərə alaraq, məşhur brend get-gedə daha ucuz modellər buraxmağa başlayıb. Ümid edirik ki, qısa zamanda bizim də bir elektrokar almağa imkanımız olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan