"GMC Hummer EV SUV" keçən ilin oktyabr ayında debüt etmiş eyni adlı pikapı təkrarlayır.
Gent.az xəbər verir ki, hər iki "Hummers" nəhəng klirensi və elektrik güc qurğusuna sahib olan brutal ofrouderdir.
"General Motors" hələlik "Hummer EV" ofrouderinin ölçülərini açıqlamasa da, yeni modelin pikapdan daha yığcam olduğu məlumdur. Beşqapılı Hummer modelnin təkər bazası pikapdan 227 millimetr qısadır. Eyni zamanda, kuzovun arxa çıxışı da azaldılıb. Beləliklə, ofrouderin uzunluğu 5,1-5,2 metr ola bilər.(avtosfer.az)