İspanlar “Mazda MX-5”i retro-rodsterə çevirdilər - FOTOLAR

Avto1 dəq oxu
İspanlar “Mazda MX-5”i retro-rodsterə çevirdilər - FOTOLAR

İspaniyanın “Hurtan Cars” tüninq-ateliyesi, Qranada şəhərində yerləşən Albaycin rayonunun şərəfinə “Grand Albaycin” adlı qeyri-adi tərzdə retro-rodster hazırlayıblar. Avtomobil “Mazda MX-5” modeli bazasında hazırlanıb. Gent.az-ın “Carscoops” portalına istinadən yazdığına görə, yenilikdən məhdud sayda 30 ədəd tirajlanacaq.

İspan mütəxəssislərin sözlərinə görə, onlar bu layihənin razılığını “Mazda” şirkətindən alıblar.

Maşının yerli bazarda qiyməti 59,000 avrodan başlayacaq.

İspanlar “Mazda MX-5”i retro-rodsterə çevirdilər - FOTOLAR — şəkil 1

Lakin ispanlar, avtomobili öz bazarlarında deyil, Rusiya, Almaniya, Fransa, Norveç, İtaliya və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) satışa çıxarmaq niyyətindədirlər.

Bildirilir ki, müştərilərə bir neçə maşın versiyası təklif ediləcək. Avtomobili, yumşaq konvertasiya olunan damla və yaxud da çıxarıla bilən sərt damala əldə etmək olacaq.

İspanlar “Mazda MX-5”i retro-rodsterə çevirdilər - FOTOLAR — şəkil 2

Həmçinin alıcılara, iki variantda kuzov forması da təklif ediləcək – “Heritage” klassik və “Bespoke” idman üslubunda.
Mühərrik palitrası adi “Mazda MX-5” ilə müqayisədə dəyişməyib.

Avtomobil 1,5 litrlik 132 at gücünə malikdir. Bundan əlavə 184 at gücünə çıxa bilən 2.0 litrlik daha bir mühərrikdə mövcuddur.

Namiq Musayev

İspanlar “Mazda MX-5”i retro-rodsterə çevirdilər - FOTOLAR — şəkil 3

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan