"Honda" yeni modelini təqdim edib
"Honda" şirkəti Avropa bazarında satılacaq yeni nəsil "HR-V" krossoverini təqdim edib.

Bu krossoverin "Vezel" adlı versiyası Yaponiyada fevral ayında debüt edib.
Gent.az xəbər verir ki, şirkət əsas diqqəti krossoverin şəkillərinə yönəldərək, avtomobil haqqında ətraflı məlumat verməmişdi.
İndi isə krossoverin "Honda HR-V" adı altında Avropa bazarında satılacaq variantı nümayiş olunur.
Üstəlik, avtomobil haqqında yeni detallar da peyda olub.(avtosfer.az)








