O, bu barədə Britaniyanın "Car" nəşrinə verdiyi müsahibəsində məlumat verib.
Gent.az xəbər verir ki, ilk Bentley elektrokarının 2025-ci ildə debüt edəcəyini və onun hazırda "Audi" şikətinin üzərində çalışdığı "Artemis" layihəsinə əsaslanacağını bildirib.
Bununla belə, Britaniya istehsalçısı "Porsche" şirkəti ilə əməkaşlığını davam etdirmək niyyətindədir. Bentley rəhbəri şirkət mütəxəssislərinin Artemis layihəsində iştirak etdiklərini və alman həmkarları ilə paralel olaraq elektromobilin üzərində çalışdıqlarını qeyd edib:
“Əlbəttə ki, bu krossover olacaqdır. İndi onlarsız heç nə etmək mümükün deyil”, - Hollmark bildirib. Yeni elektrokarın necə olacağı sualına cavab verən şirkət rəhbəri, Jaguar markasını nümunə göstərib.(avtosfer.az)