Əgər avtomobil uzun müddət qızmar Günəşin altında qalıbsa sükan arxasında ilk bir-neçə dəqiqəni hamamla müqayisə etmək olar.
Bunun qarşısını alamq mümkündür. Qızmış maşına yaxınlaşıb bir yan şüşəni dibinədək aşağı endir.
Sonra isə əks tərəfdə olan qapılardan birini bir neçə dəfə açıb bağla. Bu isti havanı salondan çıxardacaq.
Məhz bundan sonra mühərriki qoş və kondisioneri işə sal.
Sifariş olunmuş yeməyi isti saxlamaq
Günümüzdə demək olar ki, hər bi avtomobildə oturacaq qızdırıcısı var. Deyirsən ki, yayda onun nə xeyri var? Əgər qızdırıcını maksimum dərəcəyədək qoşsan və üzərinə sifariş etdiyin pizzanı qoysan evə çatanadək çox soymayacaq.
Avtomobilin salonunda xoş ətir
Əgər avtomobildə xoş ətir iysini duymaq istəyirsənsə arxa görüntüsü güzgüsünə, ən yaxşısı isə hava ventilyası sisteminin deflektoruna bir çay paketi asa bilərsən.
Bir neçə dəqiqəyə avtomobilin salonunu füsunkar ətir bürüyəcək.
İşıq farlarının təmizlənməsi
İşıq farlarının plastik qoyurucuları vaxt keçdikcə solur. Bu maşının xarici görünüşü pozduğu qədər, işıqlandırmaya da təsir edir.
Amma bunu həll etmək olar.
Bir diş pastası və bir diş fırçası götür. Fırçaya pasta sürtüb farları dairəvi şəkildə sürtməyə başla. Bunu iki dəqiqədən tutmuş bezənədək edə bilərsən. Bir az gözləyəndən sonra pastanı su ilə təmizlə.
Supermen üçün pult
Bilmirik bu sənin üçün nə qədər lazımlı olacaq: lakin avtomobilin qapılarını açan pultun məsafəsini daha uzun etmək olar.
Bunun üçün pultu çənənizə yaxınlaşdırın və düyməni basın. Nə qədər təəcüblü olsa da bu üsul işə yarayır.