Türkiyənin Karaman bölgəsində yarıçılpaq vəziyyətdə gəzən 75 yaşlı şəxs ətrafdakıları narahat edib.
Sakinlərin şikayəti əsasında əraziyə gələn polis, çılpaq şəxsi avtomobilində aşkar edib. Polisin "niyə paltarsız gəzirsən?" sualına şübhəli "hava isti idi deyə çıxardım" cavabını verib.
Nəzarətə götürülən şəxsin səhhətində narahatlıq hiss edən polis, onu xəstəxanaya yerləşdirib./Metbuat.az