Məşhur cütlük 28 milyon dollarlıq maşın alır

Məşhur müğənni Beyons və Cey-Zi ulduz cütlüyü dünyanın ən bahalı avtomobilini sifariş ediblər.

Avto1 dəq oxu
Məşhur cütlük 28 milyon dollarlıq maşın alır

Bu barədə İngiltərənin “Telegraph” nəşri məlumat yayıb. 

Gent.az xəbər verir ki, onlar məhdud sayda istehsal olunan “Rolls-Royce Boat Tail” kabrioletini əldə etməyə hazırlaşırlar.

Məlumata görə, bu modeldən cəmi 3 ədəd hazırlanacaq. Xüsusi olaraq, sözügedən model üçün 1800 yeni ehtiyat hissəsi istehsal olunacaq.

Avtomobilin qiyməti isə nə az, nə çox 28 milyon dollardır.

Məşhur cütlük 28 milyon dollarlıq maşın alır — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan