Nəyə görə “Opel” kimi avtomobil markaları öz modellərini cüt arxa optikası ilə təmin edir? Hər şey çox sadə və məntiqlidir.
Məşhur brend iddia edir ki, baqaj hissədə yerləşən əlavə arxa fənər komplektinin böyükhəcmli yük daşıdıqda baqajın qapısını bağlaya bilmədikdə köməyə gəlir.
Gördüyünüz kimi məntiqlidir. Çünki gecə vaxtı arxadan gələn avtomobillər sizin avtomobilin işıqlarını görməlidirlər.
Bir çox avtomobildə optika baqaj hissəsinin panelində yerləşir. Bəs qapı açılaraq yuxarı qalxdıqda arxadan gələ avtomobil sənin əyləcə basdığını və ya arxa tərəfə hərəkət etdiyini hardan bilsin?
Baqajda yerləşən stop-siqnallar yeni ixtira deyil. Keçmişdə “Mini Clubvan” maşınlarında da bu əlavə optika mövcud idi.
Əlavə arxa optikaya malik ən bahalı avtomobil “Aston Martin Lagonda” supersedanı sayılır. 70-ci illərdə bu maşın hamını öz dizaynl, texnoloji measirliyi və qiyməti ilə valeh etmişdi.