Niyə şinlərin üzərində balaca rezin tüklər olur

Avto1 dəq oxu
Niyə şinlərin üzərində balaca rezin tüklər olur

Fikir vermisənsə bəzi şinlərin üzərində balaca rezin tükcüklər olur.

Xüsusən də təkərlər yeni olduqda onları aydın şəkildə görmək olur.

Bəziləri düşünür ki, bunlar şinlərin istifadə müddətini göstərmək üçündür. Digərləri iddia edir ki, tükcüklər qış təkərlərini yay təkərlərindən fərqləndirir və qarlı havada daha rahat sürməyə şərait yaradır. Elə insanlar da var ki, bu tükcüklərin rezinin keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə işarə etdiyini fikirləşir.

Niyə şinlərin üzərində balaca rezin tüklər olur — şəkil 1

Bunların hamısı yanlışdır. Bir sözlə, həmin tükcüklər heç bir funksiya daşımır. Onlar şinlərin vulkanizasiyası zamanı peyda olur.

Məsələ ondadır ki, temperatur və təzyiq altında şində olan xüsusi dəliklərdən çıxsan rezin qatqısının artıq hissəsi soyuyaraq tük forması alır. Bu qədər sadə.

Hesab edilir ki, onlar şinin yüksək keyfiyyətli olmasının göstəricisidir. Çünki əgər tüklər varsa, deməli rezin qatqısında hava qalmayıb.

Niyə şinlərin üzərində balaca rezin tüklər olur — şəkil 2

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan