9 min avtomobil geri çağırılır
"Tesla Inc" şirkəti ABŞ-da 5 970 elektrik avtomobili geri çağıracaq.

Avtomobillərin geri çağırılmasının əsas səbəbi nəqliyyat vasitələrinin əyləc sistemində yaranan nasazlıqdır.
Gent.az xəbər verir ki, sözügedən avtomobillərin əyləc supporlarının boltlarının yaxşı bərkidilməməsi üzə çıxıb.
Faktı təsdiqləyən ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilir ki, geri çağırılacaq modellər arasında "Tesla"nın 2019-2021-ci illərin buraxılışı olan "Model 3" və 2020-2021-ci illərin buraxılışı olan "Model Y" modelləri olacaq.
Xatırladaq ki, bu ilin fevral ayında şirkət ABŞ-da 135 min "Model S" və "Model V" avtomobillərini geri çağırmışdı. Sözügedən modellərinin kütləvi geri çağırılmasının səbəbi avtomobillərin "touch screen"lərinin qüsurlu olması göstərilmişdi.(avtosfer.az)







