Honkonqda lüks bir yaşayış kompleksində bir avtomobillik parkinq yeri, nə az, nə çox – 1,3 milyon dollara satılıb.
Lent.az “France Press” agentliyinə istinadən xəbər verir ki, sahəsi 12,5 kvadratmetr olan bu ərazi müstəmləkəçilik dövründən bəri şəhərin ən varlı sakinlərinin yaşadığı məhəllədəki dəbdəbənin bir hissəsidir.
Kompleksin zirvəsindən Viktoriya limanının nəfəs kəsən mənzərələri göz oxşayır, burada bir mənzil qiymətinə görə dünyanın ən bahalı mənzilləri sırasındadır.