Şirkətin rəhbəri İlon Maskın apardığı təqdimat şirkətin saytında canlı yayımlanıb.
Gent.az xəbər verir ki, o bildirib ki, tənqidçilər “Model S” avtomobilinin yenilənmiş versiyasının son dərəcə sürətli olacağına diqqəti yönəldirdilər və bu cür avtomobillərin buraxılmasına ehtiyac olmadığını qeyd edirdilər.
Maskın sözlərinə görə, “Model S Plaid” avtomobilinin işlənib hazırlanması “dayanıqlı energetikanın gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.