Şinlərin istifadə müddətini necə uzatmaq olar

Avto1 dəq oxu
Şinlərin istifadə müddətini necə uzatmaq olar

3 qızıl qayda

1. Hər 3 həftədən bir təzyiqi yoxla

Əgər şinlərdə təzyiq eyni səviyyədə deyilsə bu avtomobilin idarəetməsinə təsir edir. Bundan əlavə, şinlərin özü də fərqli səviyyədə sürtülür. Başqa sözlə, əgər şinlərdən biri daha gec sıradan çıxırsa, bunu digərləri haqqında demək olmaz.

2. Öndəki şinləri arxaya, arxadakıları isə önə qoy...

Bunu hər 8 000 kilometr sürdükdən sonra et. Fərqli oxlarda şinlər fərqli tərzdə sürtülür. Həmçinin şinlərin yerini dəyişdirəndə onların təzyiqini yoxlamağı unutma.

Başa düşürük ki, çox əziyyətli işdir. Amma hətta ralli sürücüləri şinlərin yerini dəyişir. Onlar isə nə etdiklərini əka bilirlər.

Şinlərin istifadə müddətini necə uzatmaq olar — şəkil 1

3. Şinlərin təzyiqini səyahətdən sonra yox, öncə etmək lazımdır

Bir çox insan bu vacib məqamı gözdən qaçırır. Həqiqətən də səyahətdən dərhal sonra şinlərin təzyiqini dəqiqləşdirməyin mənası yoxdur.

Çünki sürülərkən şinlər qızır və buna görə də təzyiq yüksək görsənir. Bunun üçün də, maşını saxlayıb təxminən yarımsaat gözləmək lazımdır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan