Ölkəmiz avtomobil istehsalını 3 % azaltdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda 107,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Avto1 dəq oxu
Ölkəmiz avtomobil istehsalını 3 % azaltdı

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gent.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 98,5 % artıb.

Yanvar-may aylarında 653 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ədəd və yaxud 2,8 % az minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 142 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 5 ayı ərzində Azərbaycanda 239 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 70 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan