"Honda"nın yeni modeli debüt etdi
11-ci nəsil "Honda Civic" sedanının təqdimatından bir neçə ay keçdikdən sonra, yapon istehsalçısı beşqapılı "Civic" hetçbekini təqdim edib.

Hetçbek də sedan ilə eyni reseptə əsasən hazırlanıb, ancaq ciddi fərqlərlə yadda qalıb.
Gent.az xəbər verir ki, sözügedən model ənənəvi olaraq Kanadada istehsal olunur, lakin hetçbek ABŞ-da yığılacaqdır.
"Honda" nümayəndələri hetçbekin kupeşəkilli profilinin avropalı “sportbəklərdən” ilham alınaraq yaradıldığını bildirirlər.








