Kondinsionersiz maşında necə sərinlənməli? – İşə yarayan metodlar

Avto1 dəq oxu
Kondinsionersiz maşında necə sərinlənməli? – İşə yarayan metodlar

İsti yay günlərində kondinsionersiz avtomobil və ya avtobusda yol gedərkən, komfortlu olmağın bir neçə üsulu var.

Gent.az xəbər verir ki, əgər hansısa səbəbdən maşınınızın kondinsioneri xarab olubsa, maşının içində istivurmadan xilas olmaq üçün bunları edə bilərsiz.

Havanı nəmləndirin

Bunun üçün sizə dəsmal, parça ya yaylıq, sərin su lazımdır. Dəsmalı suda isladıb, onu maşının hava dövr etdirən sistemin üzərinə bərkidə bilərsiz.

Əgər bunu etmək çətindirsə, onu qabaq şüşənin altındakıv kondinsioner hava vuranların üzərinə atın.

Eləcə də arxa şüşələri bağlayıb, klimatik sistemin temperaturunu minimuma endirin, bu zaman salonun içindəki hava ən azı qızmayacaq.

Beləcə, siz içəridə nəmləndirilmiş sərin hava yaradacaqsız.

Əgər parça və su yoxdursa, ikinci metodu sınayın.

Arxa qapıların şüşələrini açın və klimatik hava vuran sistemi ən minimal temperatura qoyun. Bu zaman hava axını daralmış üfürücülərdən keçərək, bir qədər sərin olacaq. Arxa pəncərələri açdıqda, klimatik sistem hava axını yaxşı çəkəcək və içəridə sərin hava kütləsi hiss ediləcək.

Su prosedurları

Yuxarıdakı metodlar kömək etməsə, ayaqqabı və corablarınızı çıxarın. Dabanlar bədənin termotənzimləyici hissəsidir. Dabanların altına soyuq suda isladılmış dəsmal qoyun. Eləcə də qulaqları, boyun və saçları islatmaq da maşının içi üçün əladır.

Buzlu yol

Kondinsionersiz maşında uzaq yola çıxarkən buz ehtiyatı görün. Plastik butul və ya paketlərdə suyu dondurun. Bu paketləri qabaq şüşənin altında hava vurucuların üstünə qoyursuz. Bunun üçün yarımlitrlik butullar seçin. Yerə isə buz dolu paketləri düzə bilərsiz. Bircə sürücünün ayağı altına olmaz.. Ümumilikdə buz maşının içini sərinlədəcək.

GENT.AZ

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan