Niyə avtomobilin mühərrikini uzun müddət qızdırmaq olmaz

Avto1 dəq oxu
Niyə avtomobilin mühərrikini uzun müddət qızdırmaq olmaz

Bir çox sürücü düşünür ki, səhər tezdən, xüsusən də qış fəslində, avtomobili qoşub, onun qızmasını gözləmək lazımdır. Əslində isə bu pis fikirdir.

Bu fikir köhnə karbüratorlu mühərriklərin dönəminə gedib çıxır. Həqiqətəndə karbüratorlara normal işlək vəziyyətinə gəlmək üçün bir neçə dəqiqə ərzində qızmaq lazım idi. Lakin müasir mühərriklərdə bu tələb olunmur.

Bu proses əksinə mühərrikin daha tez sıradan çıxmasına səbəb olur. Çünki bu zaman mühərrikin içindəki yağ mayeləşir və benzinlə qarışdıqda onun sürtücü xüsusiyyətləri aşağı düşür.

Nə etmək lazımdır? Maşını qoşan kimi sürün. Beləlikdə avtomobil daha tez qızacaq və gec sıradan çıxacaq. Həmçinin siz daha az yanacaq istifadə edəcəksiniz.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan