"Opel"dən yenilik

“Opel” şirkəti Almaniyada moped idarə etmək hüququ olan 15 yaşdan yuxarı yeniyetmələr üçün “Rocks-e” elektromobilini təqdim edib.

Avto1 dəq oxu
"Opel"dən yenilik

Skuterlə adi avtomobillər arasında yer alacaq bu model 2022-ci ildən satışa çıxarılacaq.

Gent.az xəbər verir ki, elektromobilin uzunluğu – 2.41 m, eni – 1.39 m, çəkisi – 471 kq təşkil edir. Kompakt elektrik mühərrik 45 km/s sürətlənməyə imkan verir. Elektromobilin yaradıcıları onun bir şarjla 75 km məsafə qət etdiyini vəd edir.

“Rocks-e” sürət, sürmə rejimi, batareyanın tutumu və qət edilən məsafəni göstərən displey ilə təchiz edilib. Avtomobilin qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, “Rocks-e” elektromobilinə bənzəyən “Citroen Ami” Fransada 7 min avro qiymətinə satılır. “Bloomberg” analitiklərinin fikrincə, gələcəkdə elektromobillər istehlakçılar üçün benzin mühərrikli avtomobillərlə müqayisədə daha ucuz başa gələcək.(banker.az)

"Opel"dən yenilik — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan