Türkiyədə qeydiyyata alınmış avtomobillərin sayı artıb

2021-ci ilin iyulunda Türkiyədə istifadə olunan nəqliyyat vasitələri ötən ilin iyulu ilə müqayisədə 12,1 faiz artaraq 116 877-yə çatıb.

Avto1 dəq oxu
Türkiyədə qeydiyyata alınmış avtomobillərin sayı artıb

Bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Gent.az xəbər verir ki, hesabat dövründə nəqliyyat vasitələri arasında minik avtomobillərinin payı 54 faiz, yük maşınları və furqonların payı 14,7 faiz, motosikletlərin payı 24,3 faiz, traktorların payı 3,7 faiz təşkil edib. Nəqliyyat vasitələrinin 3,3 faizi digər nəqliyyatın payına düşüb.

Qeyd edək ki, Türkiyə avtomobil istehsalının həcminə görə, Avropada altıncı yeri tutur. Ölkədə "Ford", FIAT, "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və MAN avtomobilləri yığılır. Bundan başqa, Türkiyədə BMC, "Temsa" və "Otokar" yerli markalı avtobuslar istehsal olunur.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan