Naviqatordan istifadə edərkən nəyə diqqət etməliyik?

Yolu tanımadıqda, yaxud yolda sıxlığı öyrənmək istədikdə bir çox sürücü naviqatorlardan istifadə edir.

Avto1 dəq oxu
Naviqatordan istifadə edərkən nəyə diqqət etməliyik?

Bəzən isə naviqatorlar yanlış yol göstərir.

Gent.az xəbər verir ki, bu dəfə isə naviqtaor giriş qadağan olunan yolu alternativ yol kimi göstərərək sürücünün cərimələnməsinə səbəb olub.

Naviqatorla hərəkət edən sürücü cərimə olunub.

Yusif Şıxəliyev ölkənin ilk rəsmi naviqasiya sistemi olan Aznavdan istifadə edir. Sürücü deyir ki, şəhərdə sıxlığın olub olmamasını və tanımadığı yolları bu proqramın köməyi ilə öyrənir. Lakin sonuncu dəfə naviqator ona giriş qadağan edilən küçə ilə hərəkət istiqaməti göstərib.

Yusif Şıxəliyevin sözlərinə görə, təkrar həmin əraziyə baxış keçirəndə giriş qadağandır nişanını sonradan görüb. Yenidən tətbiqi yoxladıqda proqramın eyni yolu göstərdiyini görüb.

Məsələylə bağlı Aznav şirkətindən bildirdilər ki, mobil tətbiqin məlumat bazasında olan məlumatlar rüblük və yarımillik dövrlərlə yenilənir. AzNav, məlumat bazasında mövcud olan informasiyanın dəqiqliyinə zəmanət vermir. İstənilən yol-hərəkəti qaydalarının pozuntusuna görə cərimə və ya başqa cəza aldığınız halda, AzNav istənilən növ ziyan üçün məsuliyyət daşımır. Bu barədə tətbiq daxilində "Məsuliyyətdən imtina" bölməsində məlumat da verilib.(xəzərxəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan