Hacıqabulda istehsal olunacaq maşınlar neçəyə satılacaq?

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq.

Avto1 dəq oxu
Hacıqabulda istehsal olunacaq maşınlar neçəyə satılacaq?

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.

Gent.az xəbər verir ki, o, digər avtonəqliyyat vasitələrinin də mümkün qiymətini açıqlayıb: "Pikaplar 50-70 min arasında, avtobuslar isə 70-120 min arasında qiymətə satılacaq".

Assosasiya rəhbəri əsas hədəf bazarının Türkiyə olduğunu qeyd edib: "General Motors"un razılığı ilə avtomobilləri Türkiyə bazarında satmağı hədəfləyirik".

E.Axundov avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edildiyini qeyd edib.(report)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan