Yeni "Honda" modelinin ilk görüntüsü

Əvvəlki illərdə bu moodellər faktiki olaraq fərqli bazarlar üçün buraxılan eyni avtomobillərdisə, indi "Honda" eyni aqreqat bazasında olsa da, iki fərqli avtomobili hazırlayır.

Avto1 dəq oxu
Yeni "Honda" modelinin ilk görüntüsü

"Honda Integra" və "Acura Integra" modellərinin yenidən canlandırılması ilə bağlı yeni detallar ortaya çıxıb. 

Gent.az xəbər verir ki, bu cütlükdən işıq üzünü görəcək ilk model "Honda Integra" modeli olacaqdır və artıq yapon istehsalçısı onun ilk şəkillərini dərc edib.

Bu avtomobil Çin bazarı üçün nəzərdə tutulub və əslində yeni on birinci nəsil "Honda Civic" sedanının yenidən dizayn edilmiş versiyasıdır. Məsələ ondadır ki, ÇXR-də “əkizlərin” istehsalı ilə müxtəlif zavodlar məşğul olacaqdır. "Civic" artıq "Dongfeng-Honda" birgə müəssisəsində istehsal olunur, Integra isə GAC-Honda birgə müəssisəsinin konveyer xəttindən çıxacaqdır. Artıq eyni üsulla, Inspire (Akkord modelinin analoqu) və Avancier (UR-V krossoverinin əkizi) adları Səma İmperatorluğunda yenidən canlandırılıb.

Yeni "Honda" modelinin ilk görüntüsü — şəkil 1

Çində satılan Honda Integra modeli Civic modelindən yalnız bamperləri və işıqlandırma cihazları ilə fərqlənir, üstəlik avtomobilin xarici görünüşü 90-cı illərin ikinci yarısında buraxılmış yapon Integra modellərinə bənzəyir. Yeni dayaq sedanın uzunluğunu 15 millimetr (4689 millimetr) artırıb.

Avtomobilin interyeri hələlik nümayiş olunmayıb, amma bu sahədə də Civic modelindən ciddi fərqin olacağını güman etmirik. Məlum məsələdir ki, avtomobillər 182 at qüvvəli 1,5-litrlik turbomühərrik də daxil olmaqla eyni texnikaya sahib olacaqlar. (Autograph.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan