Bu il Azərbaycanda satılan avtomobillərin SAYI

Avto1 dəq oxu
Bu il Azərbaycanda satılan avtomobillərin SAYI

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 671 min avtomobil satılıb.

Bu barədə “focus2move” konsaltinq agentliyindən bildiriblər.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə isə 59,5 faiz azalıb.

Bu ilin avqustunda Azərbaycan bazarında 363 avtomobil satılıb ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 35 avtomobil və ya 10 faiz azdır.

Agentlikdən bildiriblər ki, ən çox satılan avtomobillər “Lada” markalı olub. Bu müddət ərzində 1 234 “Lada” satılıb ki, bu da ümumi avtomobil bazarının 46,2 faizini təşkil edib.

“Khazar” markalı avtomobillərin satışı 14 faizi, “Nissan” avtomobillərinin satışı isə 58,8 faiz azalıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan