Yeni nəsil "Lexus LX" Azərbaycanda nə vaxt satışa çıxarılacaq?

Toyota Land Cruiser modelinin ardınca, onun premium versiyası olan Lexus LX modeli də nəsil dəyişdirib. Üstəlik, yeni Lexus LX ofrouderi eyni anda model üçün ən vacib üç bazarda - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada canlı olaraq təqdim edilib.

Avto1 dəq oxu
Yeni nəsil "Lexus LX" Azərbaycanda nə vaxt satışa çıxarılacaq?

Bununla birlikdə, bu ofrouderə Azərbaycanda olan maraq da kifayət qədər böyükdür.

Gent.az xəbər verir ki, Lexus LX modeli əvvəllər olduğu kimi, barəsində ətraflı məlumat verdiyimiz LC 300 modeli ilə geniş şəkildə unifikasiya edilib.

Hər iki model ümumi ramaya, transmissiyaya və hətta əvvəlki nəsildən bəri dəyişməyən 2850 millimetrliki təkər bazasına malikdirlər. Ofroud geometriyası da qorunub saxlanılıb – avtomobilin klirensi (225 millimetr), giriş və çıxış bucaqları da dəyişilməyib. Dam örtüyü də daxil olmaqla, yeni kuzov əsasən alüminiumdan hazırlanır. Rama ilə kuzov Land Cruiser 300 modelindəki kimi 200 kiloqram daha yüngül olub. Təkər disklərinin maksimal diametri indi 21 deyil, 22 düymdür.

Yeni Lexus LX modelinin Azərbaycandakı satışları gələn ilin əvvəlində başlanmalıdır. Ofrouderin qiyməti satışların başlanmasından öncə açıqlanacaqdır.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan