Avtomobil alarkən ilk olaraq nələrə diqqət etməliyik?

Nasaz mühərriklər, çürümüş detallar və calaq banlar...

Avto1 dəq oxu
Avtomobil alarkən ilk olaraq nələrə diqqət etməliyik?

Bunlar Avtomobil bazarında tez-tez qarşılaşa biləcəyimiz fırıldaqlıq üsullarının bir neçəsidir.

Gent.az xəbər verir ki, maşın seçərkən yüz ölçüb-bir biçməliyik. Yoxsa, bazara ayaq basar-basmaz fırıldaqçıların toruna düşə bilərik. Uzun müddətdir, avtomobil ticarəti ilə məşğul olan Ruslan Rəhimli deyir ki, aldadılma bir neçə halda mümkündür. Bəzən ağır qəzadan çıxmış maşını bəzəyib elə təqdim edirlər ki, sanki yenicə istehsal olunub.

Bəzən isə avtomobili alandan bir qədər sonra məlum olur ki, ya banı calaqdır, ya da, detalları dəyişib.

Satıcıların sözlərinə görə, alıcılar daha çox Polşa və Litvadan qəzalı və detalları çüürümüş avtomobillər gətirən fırıldaqçıların toruna düşürlər. Yaponiyadan idxal edilən nəqliyyat vasitələrində isə yürüşün azalıdılmasına rast gəlinir.

Alıcıların isə aldadılmadıqlarına əmin olmaq üçün ya maşın ustalarına üz tuturlar, ya da avtomobil servizlərinə.

Bəzi alıcılar bu cür fırıldaqçılıqla üzləşməmək üçün avtomobili internet üzərindən deyil, məhz maşın bazarından seçməyə üstünlük verirlər.(Xəzər Xəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan