Avtomobil sənayesi üçün ciddi problem: yarımkeçirici qıtlığı

Yarımkeçiricilərin qıtlığına görə bu il böyük şirkətlər istehsalı ciddi şəkildə azaltmağa məcbur olub.

Avto1 dəq oxu
Avtomobil sənayesi üçün ciddi problem: yarımkeçirici qıtlığı

Yarımkeçiricilərin qıtlığına görə bu il böyük şirkətlər istehsalı ciddi şəkildə azaltmağa məcbur olub.

Gent.az-ın xəbərinə görə, “Volkswagen” qrupu istehsalı 24%, “Stellantis” isə 27% geriləyib. Çiplərin çatışmazlığına görə böyük şirkətlər istehsal tempini azaldıb.

Almaniya, Fransa, İtaliya və Türkiyədə çox sayda zavodun fəaliyyəti dayanıb. Birləşmiş Krallıqda istehsal sentyabrda 41% azalaraq 1982-ci il səviyyəsinə enib. “Peugeot”, “Fiat” və “Chrysler”i birləşdirən “Stellantis” qrupu isə planlaşdırılandan 600 min ədəd az avtomobil istehsal edib. “General Motors”un dövriyyəsi ötən ilin üçüncü rübündə 35,5 milyard dollar olduğu halda, bu ilin müvafiq dövründə göstərici 26,8 milyarda enib.

Ümumilikdə bu il dünyada 2020-ci ildəkindən 7,7 milyon ədəd az avtomobil istehsal ediləcəyi gözlənilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan