Avtomobillər bahalaşdı

Ulyanovsk Avtomobil Zavodu yenə heç bir izahat vermədən avtomobillərinin qiymətini qaldırıb.

Avto1 dəq oxu
Avtomobillər bahalaşdı

İstehsalçı altı ay ardıcıl olaraq qiymətləri qaldırır.

Gent.az xəbər verir ki, noyabrın 1-də UAZ markalı avtomobillərdə növbəti bahalaşma baş verib. Zavod qeyd edildiyi kimi bütün model çeşidi üçün yeni qiymətlər müəyyən edib.

Ən çox "Patriot" Ekspedisiyasının modeli 110 min rubl (təxminən 2 min 610 manat) - bahalaşıb. İndi bu avtomobil 1 milyon 285 min rubla (təxminən 30 min 495 manat) başa gəlir.

UAZ "Hunter" qiymətində ən az 35 min rubl (830 manat) artaraq, 1 milyon 274 min (30 min 234 manat) rubla qədər bahalaşıb.(qaynarinfo.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan