Bu avtomobilləri sürənlər vergidən azad edilirlər
Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Gent.az xəbər verir ki, dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.(avtosfer.az)







