Polis əməkdaşlarına xəsarət yetirən dələduz sürücü tutuldu - FOTO

Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.

Avto1 dəq oxu
Polis əməkdaşlarına xəsarət yetirən dələduz sürücü tutuldu - FOTO

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

Gent.az xəbər verir ki, polis əməkdaşına xəsarət yetirməklə, yayınmaq istəyən "Opel Astra" markalı, 99 NT 712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücusü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.

Saxlanılan zaman sürücünün psixatrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunub. Sürücünün verdiyi izahat və toplanmış sənətlər əsasında Nəsimi rayon məhkəməsinə təqdim edilib. Nəsimi rayonunda baş tutmuş məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu 2 (iki) ay inzibati həbs və 1 (bir) il sürücülük hüququndan məhrum edilib.(avtosfer.az)

Polis əməkdaşlarına xəsarət yetirən dələduz sürücü tutuldu - FOTO — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan