Əhalinin daha çox hansı avtomobillərə marağı artıb?

Azərbaycan 2021-ci ilin ilk üç rübü ərzində idxal etdiyi minik avtomobillərini analiz etdikdə məlum olur ki, əhalinin getdikcə kiçik mühərrikli avtomobilin idxalına marağı artmaqdadır.

Avto1 dəq oxu
Əhalinin daha çox hansı avtomobillərə marağı artıb?

Benzin yoxsa dizel?

Gent.az xəbər verir ki, Azərbaycana 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 60 540 avtomoilindən 20 197 ədədi benzinlə çalışan və mühərrik həcmi 1 000 – 1 500 sm-kub olan minik avtomobilləridir.

Bu avtomobillərin miqdar baxımdan həcmi 2020-ci ilin eyni dövrünü 72% üstələyib. Bu avtomobillərin ortalama qiyməti isə $5 755 olmaqla öncəki ilin göstəricisindən ($6 450) geri qalır. Bu avtomobillərin idxalına görə ölkəni $116.24 mln. həcmində valyuta tərk edib.

2021-ci ilin ilk üç rübündə ikinci ən çox idxal edilən minik avtomobili isə benzinlə olan mühərrikinin həcmi 1500-3000 kub-sm olanlardır. Onların sayı 16 648 olmaqla, idxal dəyəri $258.86 mln.-dur. Bu avtomobillərin orta qiyməti cari ildə $15 549 olmuşdur, bu öncəki ilin müvafiq dövründə $16 234 idi.

Ölkədə idxal dinamikasında isə ən çox dizel mühərrikli avtomobillərdə müşahidə edilir. Azərbaycana gətirlən mühərrik həcmi 1 500 sm-kubadək olan dizel minik avtomobillərinin idxal həcmi 84% illik artımla 6 338 ədəd olub, bu da $22.12 milyonu əhatə edir. Orta idxal qiyməti isə hər avtomobilə $3 490 olmaqla öncəki ilin eyni dövründəki qiymətə yaxındır.

Dizel mühərrikli avtomobillərdən həcmi 1 500-2 500 kub-sm olanların hesabat ilindəki idxal miqdarı illik müqayisədə 63% artımla 7 388 ədəd və 2 500 kub-sm-dan çox olanların idxal miqdarı 5% artımla 369 ədəd təşkil edib.(banker.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan