Qaydaları ən çox hansı sürücülər pozur?

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhəri əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib.

Avto1 dəq oxu
Qaydaları ən çox hansı sürücülər pozur?

Sorğuda 1254 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 2.8% təşkil edib.

Gent.az xəbər verir ki, həm avtobus istifadəçilərinin (45.3% - heç riayət etmirlər), həm də müntəzəm olaraq avtomobil idarə edənlərin (56.8% - heç riayət etmirlər) daha çoxunun nəzərində qaydalara ən az riayət edən nəqliyyat iştirakçısı motosiklet/moped sürücüləridir.

Qruplararası maraqlı fərqlərdən biri bundan ibarətdir ki, avtobus istifadəçilərinin yalnız 24.3%-i avtobus sürücülərinin qaydalara məhəl qoymadığını düşündüyü halda, analoji göstərici minik avtomobili sürücüləri arasında 46.2% təşkil edir. Oxşar fərq piyadalar variantı üzrə də müşahidə edilib.(avtosfer.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan