Azərbaycanda əhali hansı avtomobil növünə üstünlük verir?
Sorğuya 565 respondent cəlb olunub.

Bu barədə sorğu Media Təhlil Mərkəzi tərəfindən aparılıb.
Gent.az xəbər verir ki, respondentlərə “İlk şəxsi avtomobil necə olmalıdır?” sualı ünvanlanıb. Respondentlərin 48%-i sürücülük təcrübəsi qazanmaq üçün avtomatik sürət qutusu ilə təchiz edilmiş avtomobilləri daha uyğun hesab edir.
Bildirək ki, sorğuya cəlb edilmiş respodentlərin 68%-i kiçik həcmli, 26%-i iri həcmli, 1%-i yük avtomobillərinə üstünlük verib.







