Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət

Avto3 dəq oxu
Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət

1.Əgər axının içində önündə gedən avtomobil görünən bir səbəb olmadan qəza işıqlarını yandırırsa, diqqətli ol və əyləci sıxmağı hazırlaş. Böyük ehtimal, bu düymələri səhv salmış yeni sürücü yox, təhlükə haqqında xəbər təcrübəli insandır. 

2.Əgər yolda quyu gördünsə əyləci sıx. Lakin quyuya çatmamış pedalı burax, və yumşaqca qazı bas. Çünki əyələcə basarkən avtomobilin ön hissəsi aşaı oturur. Həmçinin artıq sıxılmış vəziyyətdə olan “podveska”, üstəlik zərbə alır. Qaza basdıqda isə avtomobil qalxır və dəyən ziyan minimuma enir. 

3.Əgər sizi yük yerində bağlayıblarsa gördüyün və görmədiyin bütün naqilləri dart. Ola bilsin ki, avtomatik bağlanan yük yerinin ağzını aça, ya da avtomobilin işıqlarını yandıraraq digər sürücülərin diqqətini çəkə bilərsən. 

Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət — şəkil 1

4.Kiçikhəcmli mühərrikə malik (1-1,6 l) avtomobillə ötmə hərəkəti etmək istəsəniz, kondisinoeri söndrmək məsləhətdir. Çünki o, onsuzda zəif olan mühərikin gücünü aşağı salır. 

5.Yanacaq doldurma məntəqələrində iki dəqiqəlik belə çölə çıxdıqda qapıları bağlamağı unutma. Qapını açıb telefonunu götürmək bir neçə saniyənin işidir. 

6.Su gölməçəsindən çıxdıqdan sonra diskləri və kolodkaları qurutmağı unutma. Bunun üçün bir neçə dəfə əyləc pedalını sıx. Amma bərk yox. 

Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət — şəkil 2

7.Səhər qızmamış maşını qovmamağa çalış. Ən azından ilk 10 dəqiqəni “oborotu” 2000-2500-dən yuxarı qaldırmamağa çalış. Əsasən də qışda. 

8.Sağ əlində dönər tuta-tuta maşın sürürsənsə, sol əlini sükana “onun yarısı” istiqamətində saxla. Bu ən keyfiyyətlə tərzdə maşını idarə etməyə şərait yaradacaq. Amma ən yaxşısı sükan arxasında yeməməkdir. 

9.Maşının baındakı əziyi güclü maqnit və ya vantuzla düzəltmək mümkündür. Bunun üçün maqniti əziyinin qırağına gətir və özünə tərəf dart, sonra isə belə vəziyyətdə əzilən səth üzərində apar. 

10.Yadda saxla, spidometr həmişə sürücünü aldadır. Əgər işarə 130 km/s göstərirsə real sürət 5-10% yuxarıdır. Bunu bilmək lazımdır.

11.Əgər palçıqda ilişib qalmısansa, ikinci ötürmə ilə tərpənməyə çalış. Bu zaman təkərlər düz vəziyyətdə olmalıdır. 

12.Ən məsləhətlisi bütün mövsümlərə uyğun təkərlər almaqdır. Çünki onu dyişməyə ehtiyac yoxdur. Lakin biləsən ki, bu təkərlər qışda qış təkərlərindən, yayda isə yay təkərlərindən pisdir. 

13.Yanacağın az qaldığını göstərən qırmızı işarə yandıqda təşvişə düşmə. Yanacdoldurma məntəqəsi tapmaq üçün hələ 50 kilometrin var. 

Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət — şəkil 3

14.Uzaq yol getdikdə əhvalını pozma. Musiqiyə qulaq as, özünlə danış, keçdiyin hər 10 kilometri say. Beynini dayanmadan işlət. Sükan arxasında yuxu – ölümdür!

15.Axın sürətinə uyğunlaşa bilmirsənsə heç vaxt sol zolağa girmə. Söyüş yiyəsi olma, boynuna yazığın gəlsin.

16.Və ən əsası. Əgər sən “BMW X5” və ya “Land Cruiser” kimi “offoroader”in sahibisənsə, avtomobilini gözdən keçir. İnan ki, sənin də avtomobilində dönmə işıqları var. Onlardan istfadə et, heç kimdən artıq deyilsən!

Avtomobil sürücülərinə 15 qısa və vacib məsləhət — şəkil 4

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan