“BMW” “Mercedes”i geridə qoyub

2015-ci ildən bəri ilk dəfə “BMW” illik satılan premium avtomobillərin sayına görə “Mercedes”i ötüb.

Avto1 dəq oxu
“BMW” “Mercedes”i geridə qoyub

Bu barədə şirkətin satış rəhbəri Piter Not” LinkedIn”də yazıb.

Gent.az xəbər verir ki, satış rəqəmlərinin yanvarın 12-ində açıqlanacağı bildirilir.

2021-ci ilin doqquz ayının nəticələrinə əsasən, “BMW” eyniadlı brend altında 1.7 milyon avtomobil satıb – “Mercedes”dən 112 min çox.

2021-ci ildə avtomobil istehsalçıları qlobal çip çatışmazlığı ilə qarşılaşıb. Nəticədə bir çox istehsal xətlərində fasilələr yaranıb. “BMW” bu problemdən rəqiblərinə nisbətən daha az əziyyət çəkib.

2021-ci ilin üçüncü rübündən sonra tədarük zənciri böhranın pik nöqtəsinin sona çatması ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb. “Mercedes”in mətbuat xidməti ərəfəsində bildirilib ki, kəsir 2022-ci ilin birinci yarısında da hiss olunacaq.(banker.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan