Yataqda pozların müxtəlifliyi alqışlandığı halda, sükan arxasında doğru olan yeganə vəziyyətdə oturmaq lazımdır.
Söhbət sizin öyrəşdiyiniz vəziyyətdən yox, avtomobili təhlükəsiz şəkildə idarə etmək üçün tərtib edilən dəqiqi qaydalardan gedir. Həmin qaydalara riayət etmək sizin ayaq ağrılarınızı azaldacaq, yuxuya getməyin qarşısını alacaq.
Əlbəttə ki, bunu həm də sürücülük məktəbində öyrədirlər. Amma, düzünü desək, sürücülərin çoxu orada verən bilikləri ya unudur, ya da heç tanış deyil.
İlk növbədə sükan arxasına oturarkən cibinizdə olanları çıxarın – açarları, pul qabını və digər şeyləri. Oturacaqda elə otur ki, belin onun arxasına dirənsin. Bunu edəndən sonra oturacağı elə quraşdırın ki çanağınız və onurğanız düz xəttdə olsun. Ola bilsin ki, səndə bir az önə əyilmək hissi yaranacaq, lakin bu doğru deyil.
Pedallara dək məsafə dizlərdən müəyyən edilir. Ayaqlar gərək azca bükülü vəziyyətdə olmalıdır. Bunu müəyyən etmək üçün ayağınızı pedalın yanına qoyun (və ya əyləci dibəcən sıxın).
Bu qollara da aiddir. Onlar da gərək bir az bükülü olmalıdır və sükana toxunmalıdır.
Sizin çiyinləriniz dönmə əməliyyatı icra edərkən belə oturacağın belinə dəyməlidir.